BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin 423 min dollarını mənimsəyən qadının şikayəti təmin edilmədi

Ali Məhkəmədə şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fabriçnaya 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd: 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib. İttiham aktına görə, zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub. O, seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. N.Fabriçnaya isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib. Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2024, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin