BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda qardaşını və arvadını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında

Sumqayıt Apellyasiya Məhkəməsində toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən Rafiq Kərimduxtanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Kərimduxt 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin iyulunda Sumqayıtda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

 

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafiq Kərimduxt hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 26 Aprel 2024, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin