BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: "CMS properties" statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatları təqdim etməyib

"CMS properties" MMC-yə inzibati protokol yazılıb.


Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Baxış iclası mayın 6-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 26 Aprel 2024, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin