BURADA REKLAMINIZ OLA
BİLƏR

Ev tikintisində və təmirində kərpic, yoxsa qazobeton sərfəlidir? - AÇIQLAMA

"Kərpiclə, yaxud qazobetonla hörülən binadan mənzil almaq seçim məsələsidir. Kərpic də, qazobeton da yaxşı materialdır. Tövsiyə edirik ki, təkcə bina deyil, həyət evlərində də bunlardan istifadə olunsun. Hər ikisi "kubik" dediyimiz mişar daşından qat-qat üstündür. Lakin fərqə gəlincə, qazobetonun səthi daha hamardır. Həcmi ilə çəki nisbətində qazobeton kərpicdən daha yüngüldür. Amma nəzərə alınmalıdır ki, qazobetonun qiyməti kərpicdən nisbətən bahadır. Ümumilikdə isə, hər ikisinin akustik xüsusiyyətləri çox üstündür, isti, soyuq keçirmək, uzunömürlülük, izolyasiya, konstruksiyaya yük salmamaq xüsusiyyətlərinə görə də əladır".

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Opera Group” MMC-nin direktoru, iqtisadçı ekspert Firdovsi Xəlilov deyib.

Firdovsi Xəlilov:

O bildirib ki, həcmlərinə diqqət etmək lazımdır: "Çünki biri bişmişdir, digər isə bişməmiş. Müqayisə edilirsə, çöl divarları üçün 40 santimetr enində qazobeton ilə 40 santimetr enində kərpic müqayisə olunmalıdır. 40 santimetrlik bir kərpicdə 4 vakuumumuz əmələ gəlir. Eynisi qazobetonda da olur. Lakin qazobetonun üstün tərəfi yüngül olmasıdır ki, konstruksiyaya az güc salır və sonrakı işlərdə, yəni suvaq, aslar və s. işlərində kərpici üstələyir. Çünki səthi hamardır, kərpicdən daha tez montaj olunur. Qazobeton yapışdırıcı ilə yapışdırıldığı üçün işin sürəti də daha tez gedir. Amma binanı təmir ediriksə, təkcə hörgü işini deyil, təmirlə birlikdə nəzərə alsaq, kərpiclə qazobeton yekunda, təxminən, eyni qiymətə gəlib çıxır. Çünki kərpic qazobeton qədər hamar çıxmır. Seçimə gəldikdə, vəsait baxımından sıxıntı yoxdursa, şəxsən mənim seçimim qazobetonla tikilən ev olardı. O demək deyil ki, bəyəndiyimiz ev kərpicdirsə, imtina edək. Xeyr, normal bişmiş kərpic də kifayət qədər yaxşı materialdır".

 

Aytəkin Qardaşova

Tarix: 26 Aprel 2024, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin