BURADA REKLAMINIZ OLA
BİLƏR

Bölgələrə yağış, sulu qar, dolu yağıb

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astarada yağış, Şahdağda sulu qar yağıb.


Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.


Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Tarix: 4 May 2024, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin