BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edildi

Xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

 

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında diplomatik passport sahibləri üçün viza tələbinin aradan qaldırılması barəsə saziş nazirlər tərəfindən imzalanıb.

 

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib.

Tarix: 4 May 2024, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin