BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 28 yaşlı qadın boğularaq öldürüldü, əri saxlanıldı

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

 

DİN-in mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 5 May 2024, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin