BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - YENİLƏNDİ

Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

 

Xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

 

Fakt araşdırılır.

 

APA

 

***

Saat 02:50

 

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

 

Qəza Bəkir Çobanzadə küçəsində baş verib.

 

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

 

Həmin vaxt onları “Kia” markalı avtomobil vurub.

 

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

APA

Tarix: 6 May 2024, 06:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin