BURADA REKLAMINIZ OLA
BİLƏR

Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisinin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin həbsdə olan rəisi Hafiz Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.
 

Qeyd: H.Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib. Bir müddət sonra zərərçəkmiş İ.Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı H.Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

 

Xatırlatma: H.Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib.

 

Tarix: 6 May 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin