BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşının ölümünə görə onun arvadını ittiham edən şəxs yenidən məhkəmə qarşısında

Bakıda xüsusi ittiham qaydasında məhkəməyə verilən Könül Abbasova apellyasiya instansiyasına müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses mayın 7-nə təyin edilib.

 

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı K.Abbasova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

 

Məhkəmə prosesində S.Təhməzova ilə yanaşı, oğlu Əhəd Abbasov da xüsusi ittihamçı qismində çıxış edib. Onlar K.Abbasovanın mətbuatda qardaşının intiharı ilə bağlı səsləndirdiyi ittihamların böhtan olduğunu bildiriblər və onun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi əsasında cəzalandırılmasını tələb ediblər.

 

Məhkəmə K.Abbasovanın müsahibəsindəki cümlələrlə bağlı linqvistik ekspertiza təyin edib. Ekspert rəyi ilə Könül Əhəd qızı Abbasovanın çıxışındakı cümlələrdə Sevinc Təhməzovanı ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmək məzmunlu məlumatlar olduğu müəyyən edilib və məqalədəki cümlələrdə böhtan elementlərinin olması təsdiqini tapıb.

 

Məhkəmə K.Abbasovanın Cinayət Məcəlləsinin 147.1-ci (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma) maddəsi ilə cəzalandırılması qərarına gəlib. Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə edilib.

 

Xatırlatma: K.Abbasova qardaşı Rauf Abbasovun intiharına görə onun həyat yoldaşı Sevinc Təhməzovanı ittiham etmişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 6 May 2024, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin