BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ səfiri Şuşaya getdi

ABŞ səfiri Mark Libby Şuşaya gedib.

 

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Bu gün səfir Libby xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.  Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır.

Tarix: 6 May 2024, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin