BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.


Pravda.az report-a istinadən xəbər verir ki, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.


Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.

Tarix: 6 May 2024, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin