BURADA REKLAMINIZ OLA
BİLƏR

Xaricdən dərman gətirmək istəyənlərin nəzərinə - VİDEO

 Şəxsi istifadə üçün xaricdən gətirilən dərmanlarla bağlı yeni qaydalar tətbiq ediləcək.

 

Xarici ölkəyə səfər edən bəzi vətəndaşlar müalicə üçün lazım olan dərmanları oradan alıb gətirirlər.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, proses zamanı xüsusi normalar olmadığından bəzi hallarda vətəndaşlar müəyyən problemlərlə qarşılaşırlar. O vurğulayıb ki, dünyada gedən geopolitik proseslər vəziyyəti daha da qəlizləşdirib.

 

Müşfiq Məmmədli qeyd edib ki, dərmanların gətirilməsi zamanı gömrük rüsumu olmasa da, ölkəyə daxil olmaya görə edilən ödənişlər zamanı problemlər yaşanır. O hesab edir ki, bəzi güzəştlər tətbiq etməklə vətəndaşların işini asanlaşdırmaq olar.

 

Deputat vurğulayıb ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi  Səhiyyə Nazirliyi ilə birgə müzakirələr aparır. Yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək.

 

Tarix: 16 Dekabr 2022, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin