BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda maşın bazara girdi - Şəhid qardaşı öldü

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

 

Hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

 

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi "Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

 

Hazırda faktla bağlı araşdırma aparılır.Modern.az

Tarix: 16 Dekabr 2022, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin