BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev soyqırımdan yazdı

Milli Məclisin sədr müavini Adil Əliyev erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan yazıb.

 

Pravda.az-ın xəbərinə görə, A.Əliyevin “Facebook” paylaşımında qeyd olunub:

 

“Hər il martın 31-ni dünya Azərbaycanlıları 1918- ci ildə baş vermiş Azərbaycanlıların soyqrımının ildönümü kimi qeyd edirlər. Tarixə “1918 -ci ilin mart hadisələri” adı ilə düşmüş bu qırğın stepan şaumyanın rəhbərliyi və bolşeviklərin köməyi ilə “erməni inqilabı federasiyası” (daşnaksütyun) silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Göyçay, Lənkəran və onlara yaxın yaşayış məntəqələrində dinc Azərbaycanlı əhaliyə qarşı törədilib.

Tarixçilərin hesablamalarına görə, illər boyu baş vermiş soqırım nəticəsində həlak olmuş Azərbaycanlıların ümumi sayı 500 min nəfərdən çoxdur. Təkcə Qubada daşnak Amazaspın silahlı dəstələri tərəfindən 162 müsəlman kəndi yandırılmış və qarət edilmişdir. Onlardan 27-si ümumiyyətlə yer üzündən silinmişdir. 8 min Ləzgi əhali, 60 ləzgi kəndi məhv edilmiş, yüzlərlə Azərbaycan yəhudisi güllələnmişdir.

 

Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş bu qanlı qətliam 1918-ci ilin 31 martından 2 aprelədək davam etmişdir.

 

Prezident Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların soyqrımı günü kimi qeyd olunur”.

Tarix: 31 Mart 2020, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin