BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,25 %-ə qaldırılması barədə qərar qəbul edib.

 

Pravda.az-ın xəbərinə görə, faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.

 

Faiz dəhlizinin eninin daraldılması qərarı bu ilin avqust ayında pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib. Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır.

Tarix: 16 Dekabr 2022, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin