BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bərbərxanada qətl törədildi

Prokurorluq bu gün Bakıda bərbərxanada baş verən qətl barədə məlumat yayıb.

 

Nəsimi rayon prokurorluğundan Pravda.az-a verilən xəbərə görə, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İsmət Qədirov şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə istintaq davam edir.

Tarix: 16 Dekabr 2022, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin