BURADA REKLAMINIZ OLA
BİLƏR

66 yaşlı icra başçısı küçədə vətəndaşlara evdən çıxmamağı tövsiyə edir - FOTO

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəxsən özü bu gün şəhərin müxtəlif ərazilərində- parklarda, küçələrdə, bulvarda, ictimai yerlərdə olub, sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.

 

Pravda.az-ın xəbərinə görə, Sumqayıt şəhərində Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.

Yaradılmış komissiya tərəfindən şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

 

Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejim tətbiq edilməsi barədə qərarında bildirilib ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

 

Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

 

Zakir Fərəcovun da 66 yaşı var. Z.Fərəcovun bu addımı birmənalı qarşılanmayıb. Bildirilib ki, martın 30-da Milli Məclisin plenar iclası keçirilib, yaşı 65-dən yuxarı olan deputatlar iclasa qatılmayıblar. Bu, təhlükəsizlik üçün çox önəmlidir.

Fotoları təqdim edirik
Tarix: 31 Mart 2020, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin