BURADA REKLAMINIZ OLA
BİLƏR

Müddətli hərbi qulluqçuların tərxis olunacaqları vaxt açıqlandı - RƏSMİ

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsi ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Nazirliyin məlumatınbda deyilir ki, bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Tarix: 31 Mart 2020, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin