Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza törədən qaziyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən Elməddin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumat görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 16 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Şəmkirin Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Elməddin Zeynalovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, Sənan Allahverdiyevin idarəetdiyi “VAZ-2106" markalı avtomobillə toqquşub. Bu zaman “VAZ-2106" markalı maşın Bayram Gözəlovun idarə etdiyi “VAZ-2107" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ-2107"-in sürücü Bayram Gözəlov, onun sərnişinləri – həyat yoldaşı Gəncalə Əliyeva və qadının qardaşı qızı Aliyə Əliyeva hadisə yerində dünyasını dəyişib.

 

Bayram Gözəlovun övladları - Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin, onun qayınanası Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiliblər.

 

Eyni zamanda "Mercedes"in sürücüsü Elməddin Zeynalov və "VAZ-2106"nın sürücüsü Sənan Allahverdiyev də xəsarət alıblar.

 

Daha sonra Elməddin Zeynalov məsuliyyətə cəlb edilib.

 

Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Elməddin Zeynalov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, II Qarabağ müharibəsidə iştirak edib və qaziliyi təsdiq olunub. Təqsirləndirilən şəxs müharibədə iştirak edən zaman baş nahiyəsindən travma aldığını, yaddaşında, gözündə problemlər, həmçinin belində yırtıq yarandığını söyləyib. Bildirib ki, onun hər iki gözündə görməkdə zəiflik, həmçinin qulağında ağır eşitmə olub və müharibə vaxtı həmin xəsarətləri alıb.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hicran əliyeva deyib ki, qızı Gəncalə Əliyeva baş vermiş hadisədən 2-3 ay əvvəl ona hamilə olduğunu deyib. 15 noyabr 2021-ci il tarixdə qızı Gəncaləni Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ginekoloq müayinəsinə aparmaq qərarına gəliblər. Bu məqsədilə nəvəsi Aliyə Əliyevanı da özləri ilə götürərək Gədəbəy şəhərində yaşayan Gəncaləgilə gediblər. Daha sonra Gəncalə oğlanları - Hüseyn, Yasin və oğlu Gəncağanın qızı Aliyə ilə birlikdə kürəkəni Bayramın idarə etdiyi “VAZ-2107” markalı avtomobilə Şəmkirə yollanıblar. Həkim müayinəsindən sonra Gədəbəy şəhərinə qayıdıblar.

 

O, nəvələri - Hüseyn, Yasin və Aliyə ilə birlikdə Bayrama məxsus avtomobildə arxa sərnişin oturacağında, Gəncalə isə qabaq sərnişin oturacağında oturub. Bayram avtomobili idarə edərək Şəmkir-Gədəbəy avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətini davam etdirib. Həmin yolun Qasımalılar kəndi ərazisindən keçən hissəsində Bayram avtomobili yolun sağ hərəkət hissəsi ilə idarə edib. Bayramın qarşısı ilə eyni istiqamətdə isə “VAZ-2106” markalı minik avtomobili hərəkət edib, həmin yolun əks istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil qəfildən gəldiyi istiqamətdə idarəetməni itirərək qarşıda onlarla eyni istiqamətdə hərəkət edən avtomobilə doğru hərəkət edib. Həmin vaxt “VAZ-2106” markalı avtomobil sağa doğru hərəkət etsə də, “Mercedes” həmin maşına dəyib, sonra isə fırlanaraq onların olduqları avtomobilə çırpılıb.

 

Hicran Əliyeva həmin zaman baş nahiyəsindən xəsarət alıb, bu səbəbdən daha sonra olanları xatırlamadığını vurğulayıb: “Daha sonra ayıldıqda xəstəxanada olduğumu gördüm. Hadisə zamanı qızım Gəncalənin, kürəkənim Bayramın və nəvəm Aliyənin aldıqları xəsarətlərdən öldüklərini bildim. Hadisə “Mercedes”in sürcüsünün günahı səbəbindən baş verdi. Hazırda ondan şikayətçiyəm”.

 

Kamal Məmmədov

Tarix: 17 Dekabr 2022, 09:59   
Xəbər lenti
Çox oxunanlar