BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən sülhməramlılar üçün təminat yükü maneəsiz hərəkət edib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan humanitar yardım maşınlarının keçidi davam edir.

 

Bu gün Rusiya sülhməramlılarına məxsus 3 ədəd təminat yükü daşıyan maşın Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru aksiyanın olduğu yerdən sərbəst keçid edib.

 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

Bu, bir daha onu göstərir ki, yolu məhz Rusiya sülhməramlıları bağlayıb.

 

APA

Tarix: 17 Dekabr 2022, 14:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin