BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını bıçaqladı, xəstəxanaya apararkən avtomobillərlə toqquşdu

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

 

Ceyhun Şirinov mübahisə zəminində arvadı – 1990-cı ildə anadan olmuş Şövkət Şirinovanı bıçaqlayıb. Qadın xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub. Polis hadisəni törətməkdə şübhəli bilinən kişini saxlayıb.

 

Qeyd edək ki, Şirinov arvadını bıçaqlayandan sonra xəstəxanaya apararkən yolda bir neçə avtomobili vurub. Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 18 Dekabr 2022, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin