BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda iki yeniyetməni avtomobil vurdu

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 18 Dekabr 2022, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin