BURADA REKLAMINIZ OLA
BİLƏR

İtaliyanın Azərbaycandakı səfirliyində bayraqlar endirildi

İtaliyanın Azərbaycandakı səfirliyində koronavirus pandemiyasından həyatını itirənlərin xatirələrini yad etmək üçün bayraqlar endirilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyindən bildirilib.

 

"Bu gün bizim səfirliyin, həmçinin İtaliyadakı və xaricdəki bütün dövlət orqanlarının bayraqları COVID-19 epidemiyasının qurbanlarının xatirinə yarıya qədər endirilir. Biz bu pandemiya ilə üzləşən digər xalqlarla həmrəylik içindəyik", - səfirlik qeyd edib.

Tarix: 31 Mart 2020, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin