BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbçilərə ŞAD XƏBƏR

Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün yaşayış sahəsilə təmin olunması sahəsində hüququ artırılır.

 

Pravda.az-ın xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilib.

 

Dəyişikliyə əsasən, “alimlik dərəcəsi” anlayışı “elmi dərəcə” anlayışı ilə əvəzlənir. Başqa sözlə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi veriləcək.

Tarix: 31 Mart 2020, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin