BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada yaşayan azərbaycanlı müğənni qəzada öldü

Rusiyada Reyhan adlı azərbaycanlı müğənni dünyasını dəyişib.

 

Bu haqda aktyor və aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

 

O, Reyhanın avtomobil qəzasında vəfat etdiyini bildirib.

 

Qəzadan sonra videogörüntüləri və Reyhanın fotosunu izləyiciləri ilə bölüşən Sərxan yazıb: "Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi".

 

"Avtomobildə dörd nəfər olub: Reyhan xanım və daha 3 nəfər musiqiçi. Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərdən vəfat edib.

 

Reyhan xanım 30 ildi Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin", - deyə S.Kərəmoğlu vurğulayıb.

Tarix: 20 Dekabr 2022, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin