BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə vətəndaşı Bakıda tikintidə yıxılaraq ölüb

Dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Yasamal rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 20 Dekabr 2022, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin