BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL Naxçıvanla bağlı məlumat yaydı

Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinin Bakıdan Naxçıvana uçuşu saat 21:10 və 23:30-da, Naxçıvandan Bakıya isə saat 23:30 və 01:50-də (21 dekabr) həyata keçiriləcək.

 

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti məlumat yayıb.

 

"Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur", - məlumatda deyilir.

 

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

 

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Tarix: 20 Dekabr 2022, 19:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin