BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Polis orqanlarının inzibati binasına heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir

Polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

 

"Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür", - o qeyd edib.

Tarix: 20 Dekabr 2022, 20:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin