BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahil Babayev: Texniki bilikləri olanlar çox rahat iş tapa bilir

Bu gün texniki bilikləri olan şəxs çox rahat iş tapa bilir.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə hazır ol”” Karyera İnkişaf Forumunda panel müzakirəsi zamanı bildirib.

 

Nazir bildirib ki, məşğulluq həm də cəmiyyətdən aslıdır.

 

“Verilən təhsilə maraq göstərilib, seçilməlidir. Özəl sektor iş yerlərinin yaradıcısıdır. Bu kompleks bir məsələdir. Məşğulluq cəmiyyətin inkişafı ilə birgə inkişaf edəcək sahədir. Qarşımızda böyük çağırışlar və gözləntilər var. Məşğulluq hər bir dövlətin əsas çağırışlarından biridir”,- deyə S.Babayev əlavə edib.

 

APA

Tarix: 21 Dekabr 2022, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin