BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"də (2019-cu il üzrə) əksini tapıb.

 

Məruzədə qeyd edilib ki, Gədəbəy bələdiyyəsinin sabiq sədri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, ikili protokollaşdırma aparılmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması  və təmir-tikinti işlərinin görülməsi Adı altında 35 min 567 matın büdcədən silinməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.APA

Tarix: 31 Mart 2020, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin