BURADA REKLAMINIZ OLA
BİLƏR

Hakim Saakaşviliyə Ukrayna dilində danışmağa icazə vermədi

Tbilisi şəhər məhkəməsinin hakimi keçmiş prezident Mixail Saakaşviliyə Ukrayna dilində danışmasına icazə verməyib.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

 

“Cənab Mixail, siz Ukrayna vətəndaşı olsanız da, məhkəmə gürcü dilində keçirilir, siz də gürcü dilini bilirsiniz. Xahiş edirəm ki, bizə gürcü dilində müraciət edin. Mən Ukrayna dilini bilmirəm”, - deyə hakim deyib.

 

Xəyal Quliyev

 

 

Tarix: 22 Dekabr 2022, 15:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin