BURADA REKLAMINIZ OLA
BİLƏR

Energetik içkilər satanlarla bağlı YENİ TƏLƏB

Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

Tarix: 31 Mart 2020, 19:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin