BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib

AZAL 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.

 

Mülki Aviasiya Komitəsi tərəfindən Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığına da münasibət bildirilib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.

 

APA

Tarix: 22 Dekabr 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin