BURADA REKLAMINIZ OLA
BİLƏR

İdman dərsində məktəbli bıçaqlandı - MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Qüdrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə bu il aprelin 5- də Siyəzən şəhəri 1 saylı tam orta məktəbin həyətində yerləşən idman meydançasında qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Namiq Qüdrətov stadionuda keçirilən fiziki

tərbiyə dərsində siniflər arasında baş tutan futbol oyunundan sonra 10 c sinif şagirdi zərərçəkmiş Vaqif Qasımov (şərti) ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı onlar əlbəyaxa olub. Daha sonra o, məktəbin qarşısında olan şam ağaclarının yanında yenidən zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq ona başın alın nahiyəsinin və döş qəfəsinin sıyrıqları ilə nəticələnən

dərəcəsi təyin olunmayan xəsarətlər yetirib. Eləcə də Namiqin özü dərəcəsi təyin olunmayan sağ üst göz qapağının qançırı və sol qulaq seyvanının sıyrığı kimi xəsarətlər alıb.

 

Hadisədən sonra o, qisas almaq niyyəti ilə yaşadığı evə gedərək ot tayasında gizlətdiyi qatlanan cib bıçağını əynində olan cins şalvarının qabaq sağ yan cibinə qoyaraq məktəbə qayıdıb. Mübahisənin davamı olaraq həmin gün saat 11 radələrində yenidən məktəbin stadionunda bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək əlbəyaxa olub. Bu zaman Namiq yerə yıxılıb, sonra o, cibindəki bıçaqla Vaqifin kürək nahiyəsinə bir dəfə zərbə endirib.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Namiq Qüdrətovun barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altında qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 23 Dekabr 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin