BURADA REKLAMINIZ OLA
BİLƏR

Liftin düyməsini əli ilə deyil, ayağı ilə basan Zaur Paşayevlə bağlı ətraflı məlumat - VİDEO

Liftin düyməsini ayağı ilə basdığı iddia olunan "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Zaur Paşayevlə bağlı ətraflı məlumatı təqdim edirik.

 

Pravda.az-ın xəbərinə görə, Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse prezidenti təyin olunub.

 

Zaur Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdehdir.

 

Z.Paşayev 24 ildir, BP-də çalışır. Bundan əvvəl Səngəçal terminalının meneceri olub.

 

Zaur Paşayev Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib. 2001-ci ildə Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb. Evlidir, üç övladı var.

 

Xatırlatma: Sosial şəbəkələrdə orta yaşlı bir kişinin əllərini spirtləyərək liftin düyməsini ayağı ilə basmasını əks etdirən videogörüntü yayılıb. İstifadəçilər həmin şəxsin "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Zaur Paşayev olduğunu iddia ediblər. Şirkətin mətbuat katibi Tamam Bayatlı bildirib ki, yayılan video şirkətin binasında baş verməyib: "Biz araşdırdıq, həmin yer bizim bina deyil, o bizim ofisin lifti deyil. Bəlkə də hansısa yaşayış binasıdır. Videoda görünən şəxsin kimliyini isə araşdırırıq. Amma biz şirkət olaraq kimliyindən asılı olmayaraq bu cür hərəkəti düzgün hesab etmirik".

 

T. Bayatlı bildirib ki, hazırda Zaur Paşayev gərgin formada iş başında olduğundan onunla əlaqə saxlayıb dəqiqləşdirmə apara bilməyiblər.

 

Tarix: 31 Mart 2020, 20:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin