BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis qəzada öldü

Ağstafa rayonunda yol qəzasında polis əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 23-cü saat 01 radələrində Ağstafa rayonu, Qırlı kəndi ərazisində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü, Qazax Rayon Polis Şöbəsinin dövlət yol polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantı Alıyev Aqil Məqsəd oğlu idarə etdiyi "Hyundai Azera" markalı, 90-RT-553 nömrə dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirib. Nəticədə avtomobili yol kənarında olan ağaclara çırpıb və polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 23 Dekabr 2022, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin