BURADA REKLAMINIZ OLA
BİLƏR

Saatlıda avtomobil ana və qızını vurdu, 9 yaşlı uşaq öldü

Saatlıda yol-nəqliyyat hadisəsi baş verib verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri, H.Əliyev prospektindən keçən 59-cu km-də qeydə alınıb.

 

Belə ki, Nağıyev Rəhim Ərşad oğlu idarə etdiyi "VAZ-21065" markalı avtomobil ilə hərəkətdə olarkən piyada, 1991-ci il təvəllüdlü Bəkirova Gülxara Tahir qızını və qızı, 2013-cü il təvəllüdlü Quluzadə Nuray Nayıl qızını vurub. Nəticəsində 9 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, anası Gülxara Bəkirova isə "sağ baldır sümüklərinin qapalı sınığı” xəsarətləri ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 23 Dekabr 2022, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin