BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmənin 100 illik yubileyinin qeyd olunması müzakirə yaratdı - “Yaranma tarixini Xalq Cümhuriyyəti dövründən götürməliyik”

“Ali Məhkəmənin 100 illik medalı təsis olunan zaman bu barədə rəsmi çıxış edib, fikrimi bildirmişəm. 1918-ci ilin noyabr ayında Azərbaycan Məhkəmə Palatasının yaradılması ilə bağlı Əsasnamə qəbul edilib. 1918-ci ilin martında isə onun təsisi olub. Azərbaycan Məhkəmə Palatası həmin vaxt Ədliyyə Nazirliyinin nəzdində idi. Mən də bildirdim ki, xeyli yubiley medalı təsis etmişik və onların da adları əvvəllər başqa olub. Buna baxmayaraq, 1918-1919-cu illərdən - yaradıldıqları tarixdən götürmüşük. Ona görə, hesab edirəm, Ali Məhkəmənin tarixini də Xalq Cümhuriyyəti dövründən götürməliyik”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli Ali Məhkəminin 100 illiyinin 1923-cü ildən hesablandığına görə yaranan müzakirələr barədə danışarkən deyib.

Deputat bildirib ki, Ali Məhəkəmənin adı rəsmi olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsidir: “Amma medalda “respublika” sözünü çıxarıblar, təkcə “Azərbaycan Ali Məhkəməsi” saxlanılıb. Çıxışımda qeyd etdim ki, 1923-cü ildə yarananda Azərbaycan Sovet Sosialist Respublikalarının Ali Məhkəməsi kimi yaradılıb. 1930-cu ildə Ədliyyə Komissarlığı ləğv edilib, 1933-cü ildə isə bərpa olunub. Ədliyyə naziri o zaman Ali Məhkəmənin sədri funksiyalarını yerinə yetirirdi, yəni məhkəməyə rəhbərlik edirdi. O vaxt hakimiyyətin bölünməsi prinsipi yox idi. Məhz xeyli miqdarda sənədlər qalıb ki, 1919-1920-ci illərdə Azərbaycan Məhkəmə Palatası Ali Məhkəmə funksiyalarını yerinə yetirərək Bakıdan, Gəncədən və s. məhkəmələrdən şikayətləri qəbul edib. Faktiki, Ali Məhkəmə funskiyalarını yetirib. Hətta 28 may çevrilişindən sonra yenə də öz funksiyalarını daşıyıb. Ali Məhkəmənin 100 illiyinin 1923-cü ildən hesablanmasına “məhkəmə 1918-ci ildə müstəqil olmayıb, Ədliyyə Nazirliyinin tərkibində olub” kimi əsaslar gətirmək doğru deyil. Mən də yaranma tarixinin Cümhuriyyət dövründən götürülməsini təklif edirəm”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Dekabr 2022, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin