BURADA REKLAMINIZ OLA
BİLƏR

"Koronavirus" sözü qadağan edildi

Türkmənistanda hakimiyyət "koronavirus" sözündən istifadə etməyi qadağan edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı bəyan edib.

 

Türkmən jurnalistlər iddia edirlər ki, koronavirus infeksiyası məktəblərdə, xəstəxanalarda, KİV-də və tibb kitabçalarında qeyd edilmir.

 

Küçədə maska taxan və ya pandemiyadan danışan insanlar isə həbs təhlükəsi ilə üzləşirlər.

 

Rəsmi məlumatlara görə, Türkmənistanda koronavirusa yoluxma hadisəsi də qeydə alınmayıb.

 

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov vətəndaşlara qədim xalq vasitəsi olan üzərlik tüstüsü ilə viruslardan qorunmağı tövsiyə etmişdi.Axşam.az

Tarix: 31 Mart 2020, 21:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin