BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmədə ölən şəxs məmur imiş - YENİLƏNDİ

Lent.az-ın məlumatına görə, Ş. Qədimov Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub. O, dələduzluqda təqsirləndirilirdi.

 

***

14:00

 

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.

 

Bu barədə vəkil Adəm Məmmədov xəbər verib.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Şəmil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.

 

Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.

 

Şəmil Qədimov həbsdə deyilmiş.

 

APA

Tarix: 23 Dekabr 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin