BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün açılan "Xocəsən” metro stansiyasında gediş haqqı bu qiymətə olacaq

Xəbər verdiyimiz kimi, bu gün "Xocəsən” metro stansiyası vətəndaşların istifadəsinə verildi.

 

“Xocəsən” metro stansiyasının açılışında Prezident İlham Əliyev də iştirak edib.

 

Bəs, Bakıdan kənarda yerləşən yeni metrostansiyada gediş haqqı nə qədər olacaq?

 

“Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sualımıza cavabında bildirdi ki, hələlik qiymət dəyişikliyi nəzərdə tutulmayıb: "Qiymət artsa da, azalsa da metro stansiyasının istismara verilməsi əsasən yol-nəqliyyatının, xüsusən ictimai nəqliyyatın, inşa olunduğu ərazinin inkişafı baxımından əhəmiyyət daşıyır. Məsələyə bu kompleksdən yanaşaq. Qeyd edim ki, ümumən qiymətlərin artırılmasıyla bağlı metropoliten hər hansısa quruma müraciət ünvanlamayıb"./Demokrat.az

Tarix: 23 Dekabr 2022, 15:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin