BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə iki yük avtomobili toqquşdu: Sürücülərdən biri xəsarət aldı

Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.

 

Bu barədə Pravda.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

Dekabr ayının 23-də Kəlbəcər rayon Almalıq kəndi ərazisində 2 yük avtomobili toqquşma nəticədə sürücülərdən 1-i Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb. Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 23 Dekabr 2022, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin