BURADA REKLAMINIZ OLA
BİLƏR

BQXK-nın müraciəti əsasında xəstə uşağın Xankəndidən Ermənistana aparılmasına şərait yaradıldı

Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

 

Komitədən verilən məlumata görə, müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

Tarix: 24 Dekabr 2022, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin