BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərid Şəfiyev: “Gec-tez Xankəndində inzibati nəzarətimiz bərpa olunacaq, amma bu, mürəkkəb prosesdir…”

“Ermənistanın Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən imtina etməsi məni təəccübləndirmir. Görürük ki, oktyabr ayından bəri ermənilər müxtəlif iradlar irəli sürürlər. Ermənistan Brüsseldəki görüşə də Fransanın qatılmasını tələb etmişdi. Faktiki olaraq Brüssel istiqamətini də ermənilər pozublar. İndi də Moskvadakı danışıqlardan imtina etdilər. Ermənistan sülh sazişindən qaçır, bunu təxirə salmaq istəyir, yaxud yenə hər hansı şərt irəli sürür. Hansı ki həmin şərtlərin qəbuledilməz olduğu aydındır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

 

O, “sülh prosesi həllini tapmadığı təqdirdə Azərbaycan Xankəndini tam nəzarətə götürməlidirmi” sualına isə belə cavab verib:

 

“Xankəndi onsuz da Azərbaycan ərazisidir. Biz bunu Ermənsitanla müzakirə etmirik. Gec-tez Xankəndində inzibati nəzarətimiz bərpa olunacaq. Amma bu, təbii ki, mürəkkəb prosesdir və Azərbaycan buna pillə-pillə yanaşır. Burada söhbət daha çox Rusiyadan gedir, nəinki Ermənistandan. Xankəndi məsələsi Ermənsitanla bağlı deyil. Sülh sazişinin imzalanmasına elə ən çox Ermənistan maraqlı olmalıdır. Çünki Ermənistanın nə siyasi, nə hərbi, nə də iqtisadi perspektivləri yoxdur…”

 

Aytəkin Qardaşova

Tarix: 24 Dekabr 2022, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin