BURADA REKLAMINIZ OLA
BİLƏR

““Sirab” Vasif Talıbovundursa, dövlət tərəfindən ora qəyyum təyin olunmalıdır”

“İstər Vasif Talıbov, istər Ramiz Mehdiyev, Əli Həsənov, yaxud neqativ hallara görə vəzifədən kənarlaşdırılan digər məmurların qeyri-qanuni əldə etdikləri, xalqdan, millətdən, dövlətdən oğurladıqları əmlaklar, mülklər, kapital geri qaytarılmalıdır. Hansısa oliqarx məmur həbs olunandan sonra onun şirkətinin, zavodunun çökdürülməsinin, oradakı insanların işsiz qalmalarının tərəfdarı deyiləm. Ümumiyyətlə, oliqarx məmurların otelləri, fabrikləri, zavodları, bulaqları, su şirkətləri - hamısına dövlət tərəfindən qəyyum təyin olunmalıdır. “Sirab” Vasif Talıbovundursa, ora da qəyyum təyin olunmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, Türkiyədə belə bir təcrübə var: “Dövlət nəfinə əl qoyulmalı, həmin şirkətlər işlək halda təhvil alınmalıdır. Sonradan işlək halda özəlləşdirməyə buraxıla, yaxud hərraca çıxarıla bilər. Məsələn, Türkiyədə bu praktika var. Türkiyə Cümhuriyyəti FETÖ terror təşkilatının üzvlərinin əlində cəmləşən milyardlarla dollarlıq kapitala - işlətmələr, zavod və fabriklərə əl qoydu, heç birini bağlamadı. Sadəcə rəhbərliyini dəyişdi. Dövlət tərəfindən müvəqqəti qəyyumluq sistemi tətbiq edildi. Sonradan qəyyumlar həmin zavodları işlək halda təhvil aldılar, həmişəki kimi işlətdilər. Gəlirlər də dövlət büdcəsinə verildi. Bir müddət sonra da hərraca çıxarıldı...”

 

Aytəkin Qardaşova

Tarix: 24 Dekabr 2022, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin