BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış FIFA dərəcəli referinin qəzaya düşdüyü avtomobilin FOTOLARI

FIFA dərəcəli referi hakim-inspektor Ceyhun Haşımovun qəzaya düşdüyü avtomobilin fotoları yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə C.Həşimovun özü sosial şəbəkədə paylaşım edib.

 

"Bizi bu maşından sağ çıxardan aləmlərin Rəbbinə həmd olsun. İndi göndərdilər şəkili mənə. Hələ bu FHN əməkdaşları tərəfindən xsusi qurğu ilə sıxılmış hissənin dartmasından sonra çəkilib. İlk vəziyyəti daha tam başqa olub. Allah sizi qorusun əzizlərim", - o paylaşımda vurğulayıb.

 

Qeyd: C.Həşimov və digər futbol hakimləri dekabrın 10-da qəzaya düşüblər. Nəticədə C.Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.

 

C.Haşımov FIFA dərəcəli keçmiş referi Mübariz Haşımovun qardaşıdır.

 

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Fotoları təqdim edirik
Tarix: 24 Dekabr 2022, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin