BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən rus sülhməramlıların təminat maşınları növbəti dəfə maneəsiz keçdi

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

 

Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 təminat maşını Laçından Xankəndi istiqamətinə keçib.

 

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

APA

Tarix: 25 Dekabr 2022, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin