BURADA REKLAMINIZ OLA
BİLƏR

BQKX-ın avtomobilləri Ermənistandan Xankəndinə qayıdıb, uşaq qidası və dərman daşınıb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

 

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistana gedən avtomobilləri Xankəndi istiqamətə qayıdıb.

 

Avtomobillər geri qayıdarkən yük maşını qida (uşaq qidası) və dərman/tibbi ləvazimatlar daşıyıb. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.

 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.

 

Qeyd edək ki, bu gün BQXK müraciəti əsasında ürək və onkoloji xəstələr Xankəndindən Ermənistandan Gorus rayonuna keçməsinə şərait yaradılıb.

 

APA

Tarix: 25 Dekabr 2022, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin