BURADA REKLAMINIZ OLA
BİLƏR

Cərəyan vuran "Azərişıq" əməkdaşlarından ikincisi də öldü

On gün əvvəl Ağdaşda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan "Azərişıq" əməkdaşı vəfat edib.

 

1986-cı il təvəllüdlü Elşən Mustafayev bu gün xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, təmir işləri aparan zaman elektrik cərəyanı vuran digər "Azərişıq" əməkdaşı 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyev hadisə yerində ölüb.

 

APA

Tarix: 25 Dekabr 2022, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin